Ana içeriğe atla
TR EN

Azərbaycan SOCAR Təqaüd Proqramı

Proqrama qoşulmaq üçün tələb olunan sənədlərin siyahısı (9-cu bənd üzrə arayışların əsli Nizami rayonu 8-ci km. yaşayış sahəsi Şirin Mirzəyev küçəsi, 32A ünvanında yerləşən İnsan Resursları Departamentinə təqdim olunmalı, qalan bütün sənədlər tis@socar.az elektron poçt ünvanına göndərilməlidir. Elektron poçtla göndərilən materialın həcmi bir dəfəyə 5 MB-dən az olmalıdır)

1.Ərizə-anket forması (saytdan yükləyin);

2.Şəxsiyyət vəsiqəsinin surəti;

3.Ali təhsil dövründə qiymətləri barədə rəsmi sənəd (transkript), əgər ən azı 1 semestr təhsil alıbsa;

4.TQDK imtahanından toplanmış balı təsdiq edən sənəd (bakalavriat pilləsi üçün ixtisas qrupları üzrə tələb olunan hər il komissiya üzvləri tərəfindən müəyyən olunur);

5.Müvafiq xarici dili bilmə səviyyəsini təsdiq edən sənəd (TOEFL, IELTS, GMAT, DSH, GRE, SAT, LSAT və sair imtahanlar);

6.Xarici universitetə qəbulu təsdiq edən rəsmi sənəd (elektron formatda);

7.Tərcümeyi-hal (.doc formatında);

8.CV (azərbaycan və ingilis dillərində);

9.Tibbi arayışlar (poliklinikadan 086№-li forma üzrə arayış və psixoloji durumunu göstərən arayış); (Bu arayış Nizami rayonu 8-ci km. yaşayış sahəsi Şirin Mirzəyev küçəsi, 32A ünvanında yerləşən İnsan Resursları Departamentinə təqdim olunmalıdır );

10.Girov qoyulacaq daşınmaz əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən Dövlət reyestrindən çıxarışın (kupçanın) və həmin əmlakın texniki pasportunun surəti, Girov sahibinin şəxsiyyət vəsiqəsi və telefon nömrələri;

11.Azərbaycan dilində hər biri 800 (± 80) sözdən ibarət aşağıdakı mövzularda 2 inşa (.doc formatında, plagiat olmamalıdır) təqdim etməlidir:

1.Azərbaycan mənim vətənimdir (Azərbaycanın tarixi, coğrafiyası, ədəbiyyatı və mədəniyyəti haqqında nə bilirsiniz? Xaricdə Azərbaycanı necə təmsil edəcəksiniz?)

2.Mənim ixtisasım (Nəyə görə bu ixtisası seçmisiniz? İxtisasınız haqqında nə bilirsiniz? Nəyə görə xaricdə oxumaq istəyirsiniz? Təhsilinizi başa vurduqdan sonra əldə etdiyiniz bilikləri necə tətbiq edəcəksiniz?)

Qeyd 1. Xarici ölkədə artıq təhsil alan, ixtisasını və ya təhsil aldığı ali təhsil müəssisəsini dəyişməklə və ya dəyişmədən təhsilinin qalan hissəsini Təqaüd Proqramı çərçivəsində davam etdirmək istəyən tələbələr istənilən kursdan (ən azı 1-ci kursdan sonra) Təqaüd Proqramına müraciət edə bilərlər. Bu tələbələr üçün 4 və 5-ci bəndlərdə qeyd olunmuş sənədlər tələb olunmur.

Qeyd 2. Xarici müstəqil şəkildə qəbul olunmayan tələbə bölməsində (bax: sual 8) qeyd olunan digər qaydada Təqaüd Proqramına qoşula bilər. -

Qeyd 3. Təqaüd Proqramına müraciət edən ARDNŞ işçiləri əlavə olaraq şirkətdə ən azı 1 (bir) illik iş təcrübəsinə malik olmalı və birbaşa rəhbərindən müsbət xasiyyətnamə təqdim etməlidirlər.

http://socar.az/khs/upload/sayt%20uchun/sayt%20v4.0/telim%20ve%20inkisaf...